"Qarabağ"ın rəqibi legionerini buraxmadı

09:48 - 28 Sentyabr 2023

"Qarabağ"ın Avropa Liqasının H qrupundakı rəqibi olan "Bayer"də yeni müqavilə imzalanıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi argentinalı yarımmüdafiəçi Ezekiel Palasiosla müqavilə müddətini artırıb.

2025-ci ilin yayında başa çatan yeni müqavilənin müddəti 30 iyun 2028-ci ilə qədər uzadılıb. 24 yaşlı futbolçu 2020-ci ildə “River Pleyt”dən “Bayer”ə keçmişdi.

Əlavə edək ki, Palasios 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina millisinin heyətində dünya çempionu olub.

Xəbər xətti