"Vulverhempton"un sabiq futbolçusu Azərbaycan klubunda

11:31 - 28 Sentyabr 2023

"Səbail" növbəti transferi reallaşdırıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bayıl təmsilçisi Silvayin Deslandeslə cari mövsümün sonunadək müqavilə imzalayıb.

26 yaşlı müdafiəçi üç nömrəli formanı geyinəcək.

Adıçəkilən futbolçu karyerası ərzində "Vulverhempton", “Portsmut” (İngiltərə), “Cumilla” (İspaniya), “Arqes” (Rumıniya), “Debretsen” (Macarıstan) klublarında çıxış edib.

Xəbər xətti