Türkiyə klubunda yeni baş məşqçi təyinatı

14:48 - 3 Oktyabr 2023

"Başakşehir"dən ayrılan Emre Belözoğlu Türkiyə klubu ilə anlaşıb.

Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis "Ankaragücü"nün baş məşqçisi təyin olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, dünən istefaya göndərilən Tolunay Kafkası əvəzləyib.

"Ankaragücü" Superliqada 7 turdan sonra turnir cədvəlində 6 xalla 14-cü pillədə qərarlaşıb.

Xəbər xətti