İtaliya millisindən asan qələbə - VİDEO

10:34 - 15 Oktyabr 2023

İtaliya millisi AVRO-2024-ün seçmə mərhələsinin C qrupunda növbəti matçını keçirib.

Sportal.az xəbər verir ki, italiyalılar evdə Maltanı qəbul edib. Görüş 4:0 hesabı ilə Avropa və dünya çempionlarının qələbəsi ilə başa çatıb.

Luçano Spalettinin rəhbərlik etdiyi kollektiv hazırda 10 xalla ikinci pillədədir. Qrupa 13 xalla İngiltərə başçılıq edir. Maltanın xalı yoxdur və sonuncu pillədə qərarlaşıb.

Xəbər xətti