"Liverpul"un baş məşqçisi tarixə düşdü

11:27 - 22 Oktyabr 2023

İngiltərə Premyer Liqasının 9-cu turunun matçında "Liverpul" "Everton"a qalib gəlib (2:0).

Sportal.az “The Guardian”a istinadən xəbər verir ki, “qırmızılar”ın baş məşqçisi həmin görüşdən sonra Yurgen Klopp mütləq rekordçu ünvanına sahib çıxıb.

Belə ki, almaniyalı mütəxəssis Premyer Liqada Mersisayd derbisində doqquzuncu qələbəsini qazanaraq Rafael Benitesi keçib. İspaniyalı məşqçinin aktivində 8 qələbə var idi. 
 

Xəbər xətti