"Liverpul" Avropa Liqasını qazanmalıdır"

21:19 - 27 Oktyabr 2023

"Çelsi"nin və İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Co Koul "Liverpul"un Avropa Liqasını qazanmalı olduğunu deyib.

Sportal.az xəbər verir ki, “BBC”ə danışan veteran futbolçu Mersisayd klubunun iddiasından bəhs edib:

"Bu, onlar üçün əsas turnir deyil. Özlərinə lazım olan yerdə deyillər. "Liverpul" Çempionlar Liqasında olsaydı, finala yüksəlib, bəlkə də qalib gələ biləcəyini deyərdik. Amma indi Avropa Liqasında oynayırlar. "Qırmızılar" bu turniri qazanmalıdır. "Liverpul" sürət yığdıqdan sonra onları dayandırmaq çox çətin olacaq".

Avropa Liqasının E qrupunda “Liverpul" hər üç görüşdə qalib gələrək liderdir. 

41 yaşlı veteran futbolçu karyerası ərzində "Vest Hem", "Liverpul", "Lill", "Aston Villa", "Koventry", "Tampa Bay" klublarında da oynayıb.

Xəbər xətti