"Azərbaycan bütün oyunu müdafiə olundu, əks-hücumlara çıxa bilmirdik"

13:15 - 26 Noyabr 2023

Ukraynanın U-21 yığmasının üzvü İlya Kvasnitsa AVRO-2025-in (U-21) seçmə mərhələsində Azərbaycan yığması üzərində qazandıqları qələbəni (1:0) şərh edib.

Sportal.az xəbər verir ki, “Rux”un forvardı klubun rəsmi saytına açıqlamasında bunları deyib:

“Ukrayna U-21 yığmasının əhval-ruhiyyəsi əladır. Çünki biz seçmə mərhələnin 5 oyunun hamısında qalib gəlmişik. Təbii ki, bunlar asan oyunlar deyildi. Məsələn, Azərbaycan bütün oyunu müdafiə olundu, əks-hücumlara da çıxa bilmədik. Çünki biz yalnız mövqe hücumları edirdik. Lüksemburqa qarşı isə fərqli oldu, onlar hücuma çıxmağa cəhd edirdilər. Nəticədə, komandamız yaranan boş zonalardan istifadə etdi”.

Xəbər xətti