"Səbail" rekordun bir addımlığında qaldı

11:34 - 27 Noyabr 2023

"Səbail"in qol seriyası qırılıb.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, Misli Premyer Liqasında mövsümün ilk 13 oyununda meydanı qolsuz tərk etməyən Şahin Diniyevin yetirmələri “Kəpəz”in qapısına yol tapmayıb.

XIV turun matçı qolsuz heç-heçə ilə başa çatıb. Bakılılar əvvəlki 13 görüşdə 22 qola imza atıb. Paytaxt klubu mövsümün startındakı qollu oyunlar sayında son 23 mövsümün rekordunu təkrarlayıb.

“Neftçi” 2018/19, “Zirə” 2021/22, “Qarabağ” 2022/23 mövsümündə ilk 13 görüşü qol vurmadan tərk etməyib. Ölkə çempionatlarının 31 illik tarixində yalnız iki komanda daha uzun seriyaya malik olub. “Kəpəz” 1993/94, “Neftçi” 2000/01 mövsümlərində startda ardıcıl 14 oyun qol sevinci yaşayıb. Tarixin 3-cü nəticəsinə şərik olan “Səbail”in bu rekordun bir addımlığında dayanıb.

Xəbər xətti