"Neftçi" bu legioneri ilə yollarını ayırmağa hazırlaşır

14:18 - 28 Noyabr 2023

"Neftçi" qışda bir neçə futbolçu ilə yollarını ayıracaq. 

Sportal.az saytına verilən məlumata görə, "ağ-qaralar" Yeqor Boqomolskinin başqa komandaya gedişinə mane olmayacaq.

Belaruslunun "Neftçi" ilə müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq. O, 2022-ci ilin yayında "Minsk"dən Bakı klubuna keçmişdi.

"Neftçi"nin məşqçilər korpusu Boqomolskinin çıxışından narazıdır və onun əvəzinə başqa forvardın komandaya cəlb edilməsini planlaşdırır.

Xəbər xətti