"Mançester Yunayted" futbolçusu üçün "Yuventus"la danışıqlara başladı

19:46 - 2 Dekabr 2023

"Mançester Yunayted" yarımmüdafiəçi Ceydon Sançonun transferi ilə bağlı "Yuventus"la danışıqlar aparır.

Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, Turin klubunun nümayəndələri də ingiltərəli futbolçu ilə əlaqə saxlayıb. "Qırmızı şeytanlar"ın rəhbərliyi özü Sançonun komandadan göndərmək üçün gələn istənilən təkliflərə müsbət yanaşır.

"Yuventus" futbolçunun transfer hüququna yiyələnmək və onu icarəyə götürmək variantını da nəzərdən keçirməyi hazırdır.

23 yaşlı futbolçunun “Mançester Yunayted”lə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. “Uotford” yetirməsi olan Sanço 2021-ci idlə “Borussiya”dan İngiltərə klubuna keçmişdi.
 

Xəbər xətti