Şahruddinin komandasında baş məşqçi ayrılığı

12:34 - 4 Dekabr 2023

Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor" baş məşqçisiz qalıb.

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, Patrik Klyuvertlə yollar ayrılıb.

Türkiyə klubu niderlandlının müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.

Bu, son turda "Samsunspor"a 2:3 hesablı məğlubiyyətdən sonra baş verib. 

Qeyd edək ki, "Adana Dəmirspor" yayda Klyuvertlə 2 illik müqavilə imzalamışdı.

Xəbər xətti