"Füzuli" Qaxdan 3 xalla qayıdır - VİDEO

10:35 - 5 Dekabr 2023

Futbol üzrə Azərbaycan II Liqasında XIII turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Kürmük Qax" öz meydanında "Füzuli"ni qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 26-ya yüksəldən "Füzuli" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 7 xalı olan "Kürmük Qax" isə 12-ci yerdədir.

"Kürmük Qax" - "Füzuli" 0:2
Qollar:
 Təmraz Əmircanov, 18 (pen), Ceyhun Cavadov, 88

Xəbər xətti