"Çelsi"dən "Torino"ya

16:18 - 6 Dekabr 2023

"Çelsi"nin hücumçusu Armando Broya İtaliyaya yollana bilər.

Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, albaniyalı "Torino"nun hədəfinə çevrilib. 

London klubunda əsas heyətə düşməkdə çətinlik çəkən hücumçu daha çox oynayacağı komandaya keçmək istəyir. 

Lakin klubun onu buraxmaq istəyib-istəməyəcəyi hələ dəqiq deyil. 22 yaşlı futbolçu 2020-ci ildən “Çelsi”nin üzvüdür və geridə qalan illərdə “Vitess”, “Southempton”un formasını geyinib.
 

Xəbər xətti