İspaniyalı "Barselona"nı tərk etməyə hazırlaşır

11:35 - 7 Dekabr 2023

"Barselona"nın yarımmüdafiəçisi Ferran Torres bu qış komandadan ayrıla bilər.

Sportal.az "AS"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Xavi ona şans vermir və futbolçu İspaniya millisindəki yerini itirməkdən ehtiyat etdiyi üçün özünə yeni komanda tapmaq niyyətindədir.

23 yaşlı futbolçu "Valensiya", "Mançester Siti"də oynadıqdan sonra 2022-ci ildə "Barselona"ya keçmişdi. 

Onun "Barsa" ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti