"Fənərbaxça" yayda transfer edə bilmədiyi futbolçu ilə razılaşdı

13:17 - 8 Dekabr 2023

"Fənərbaxça"nın qış transfer pəncərəsi zamanı heyətinə qatacağı futbolçulardan biri məlum olub.

Sportal.az xəbər verir ki, söhbət "Milan"ın yarımmüdafiəçisi Rade Kruniçdən gedir. Bu barədə Fabritsio Romano məlumat yayıb.

İstanbul klubu bonsiya və herseqovinalı orta xətt oyunçusu ilə şəxsi şərtləri razılaşdırıb. "Milan" da futbolçusunu buraxmağa hazırdır. İtaliya nəhəngi "Fənərbaxça"dan təklif gözləyir.

Qeyd edək ki, "Fənərbaxça" mövsümün əvvəlində də Rade Kruniç heyətinə qatmaq istəyirdi. Həmin zaman 30 yaşlı futbolçunun klubu ilə razılıq əldə olunmamışdı.

Xəbər xətti