Britaniya mətbuatı "Qarabağ"ı bu siyahıya daxil etdi: "Nailiyyət saymaq olar"

12:18 - 2 Yanvar 2024

Britaniya mətbuatı Çempionlar Liqasının qrupunda indiyə qədər oynamış ən kiçik büdcəli on klubun adını qeyd edib.

Sportal.az xəbər verir ki, "GiveMeSport" portalı bu siyahıda dördüncü yerdə 2017/18 mövsümündə indiyədək bir dəfə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmiş "Qarabağ" qərarlaşıb. Britaniyalılar Ağdam klubu haqda bunları yazıb:

"2017-ci ildə “Qarabağ” tarixində ilk dəfə Çempionlar Liqasında çıxış etdi. Çempionlar Liqası kampaniyasından əvvəl klubun Premyer Liqa oyunlarına orta hesabla 2000 azarkeş gəlirdisə, pley-offun seçmə mərhələsində “Kopenhagen”lə oyuna Tofiq Bəhramov adına stadionuna 31 min azarkeş toplaşmışdı. Komanda avrokubok oyunlarını həmin arenada keçirir. Çempionlar Liqasının ilk kampaniyasında "Qarabağ" qrupu qalibiyyətsiz və sonuncu başa vurdu. Bununla belə, “Atletiko”(Madrid) ilə iki dəfə heç-heçə etdilər. Hansı ki, bunu Azərbaycan klubunun ilk dəfə düşdüyü qrupda əldə etdiyi nailiyyət saymaq olar. “Qarabağ” ÇL-də qrup mərhələsinə yüksələn ilk Azərbaycan komandasıdır".

Qeyd edək ki, komandalar bu meyarlara əsasən seçilib: maliyyə imkanları, tarixçəsi, azarkeş kütləsi və davamiyyət, eləcə də oynadıqları şəhərin əhalisi. Siyahıya həmçinin (1-ci yerdən 10-cu yerə qədər) aşağıdakı klublar daxil edilib: “Unirea” (Rumıniya), “Şerif” (Moldova), “Astana” (Qazaxıstan), BATE (Belarus), “Maribor” (Sloveniya), APOEL (Kipr), “Viktoriya” (Plzen, Çexiya) , “Krasnodar” (Rusiya) və “Antverpen” (Belçika).

Mirbağırağa

Xəbər xətti