Azərbaycan klubunda baş məşqçi dəyişikliyi

17:51 - 4 Yanvar 2024

“Sərhədçi” basketbol klubunda baş məşqçi dəyişikliyi baş verib.

Sportal.az xəbər verir ki, serbiyalı mütəxəssis Vladimir Boşnyakla yollar ayrılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komandaya bundan sonra türkiyəli Evren Alkaya rəhbərlik edəcək.

Türk mütəxəssis həm də qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisidir.

Xəbər xətti