"İnter" kanadalı futbolçu transfer etdi

17:36 - 5 Yanvar 2024

İtaliyanın "İnter" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Milan təmsilçisi "Brügge"dən hücumameyilli yarımmüdafiəçi Tecon Byukeneni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"İnter" 24 yaşlı orta xətt oyunçusu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. A Seriyası təmsilçisi bu keçid üçün Belçika klubuna 7 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, "Brügge" Tecon Byukeneni 2022-ci ilin yanvar ayında "Nyu İnqlend"dən transfer etmişdi. Kanadalı vinger cari mövsümdə komandanın heyətində meydana çıxdığı 20 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti