Mbappe qərarını verdi: Növbəti mövsüm bu klubda olacaq

12:12 - 8 Yanvar 2024

PSJ-nin futbolçusu Kilian Mbappenin növbəti mövsüm hansı klubda çıxış edəcəyi müəyyənləşib.

Sportal.az xəbər verir ki, fransalı hücumçu karyerasını İspaniya La Liqasında davam etdirəcək. Bu barədə "Mercato" nəşri məlumat yayıb.

Mbappenin bir neçə gün öncə "Real"la razılıq əldə etdiyi bildirilir. Yayda PSJ ilə müqaviləsi başa çatan 25 yaşlı forvard Madrid təmsilçisi ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, PSJ Kilian Mbappeni 2017-ci ilin yayında "Monako"dan transfer edib. Fransa millisinin üzvü cari mövsümdə Paris təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 25 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti