"Barselona"nın futbolçusu Avropa çempionatında iştirak etməyəcək

19:38 - 10 Yanvar 2024

"Barselona"nın futbolçusu Qavi Avropa çempionatında oynamayacaq.

Sportal.az "sport.es"ə istinadən xəbər verir ki, futbolçu sağalsa belə, İspaniya millisinə dəvət edilməyəcək. 

Onun sağalması gözləniləndən daha yaxşı gedir. Proses “Barselona”nın tibbi xidmətləri və fizioterapevtləri, həmçinin İspaniya Futbol Federasiyası (RFEF) tərəfindən diqqətlə izlənilir. Qavinin gələn ay daha böyük intensivliklə məşqlərə başlamağı planlaşdırır.

"Barsa"nın hesablamalarına görə, bu ritmdə Qavinin məşqlərə qayıtması üçün gözlənilən ay iyundur. Lakin o, Almaniyada 2024-cü ildə keçiriləcək Avropa Çempionatı və Paris Olimpiadası üçün vaxtında sağalsa da, RFEF onu hər iki yarışa çağırmayacaq. 

Xatırladaq ki, Qavi AVRO 2024-ün seçmə mərhələsi çərçivəsində Gürcüstana qarşı keçirilmiş (3:1) diz çarpaz bağlarından zədələnib. 

Xəbər xətti