Henderson Avropaya qayıtdı - RƏSMİ

10:16 - 19 Yanvar 2024

Cordan Henderson Səudiyyə Ərəbistanının "Əl Ettifaq" komandasından ayrılıb.

Sportal.az xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi yenidən Avropaya qayıdıb.

Sabiq "Liverpul"lu "Ayaks"a keçib. Bu barədə Amsterdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Henderson Niderland klubu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Xəbər xətti