"Qarabağ"ın rəqibində yeni müqavilə

14:37 - 22 Yanvar 2024

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa"da yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Portuqaliya təmsilçisi Fransisko Çissumbanın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı sol cinah müdafiəçisi 2028-ci ilin yayına kimi "qırmızılar"a məxsus olacaq.

"Braqa" Fransisko Çissumbanı 2029-cu ilin yayında "Palmeyras" akademiyasından transfer edib.

Qeyd edək ki, “Qarabağ”ın “Braqa”ya qarşı ilk oyunu fevralın 15-də Portuqaliyada, cavab görüşü isə Bakıda keçiriləcək.

Xəbər xətti