"Barselona" ukraynalıları transfer etmək istəyir

09:49 - 24 Yanvar 2024

"Barselona" heyətini gücləndirmək üçün hərəkətə keçib.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Jirona"nın ukraynalı futbolçuları Viktor Çıqankovla Artyom Dovbiki transfer etmək niyyətindədir.

"Barsa" rəsmiləri artıq bununla bağlı "Jirona" ilə danışıqlara da başlayıb.

Çıqankovun "Jirona" ilə müqaviləsi 2027-ci il iyunun 30-na, Dovbikin isə müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir.

Qeyd edəmk ki, onların komandası hazırda 52 xalla İspaniya La Liqasında liderdir. 

Xəbər xətti