"Milan" Avropa Liqasını niyə qazanmasın?"

16:18 - 26 Yanvar 2024

"Milan"ın yarımmüdafiəçisi Alessandro Florenzi komandasının Avropa Liqasında qarşılarına maksimum hədəf qoyduqlarını qeyd edib.

Sportal.az xəbər verir ki, “pianetamilan.it” portalına danışan təcrübəli futbolçu AL-i qazanmaq istədiklərini söyləyib:

"Milan" heç vaxt bu turnirdə qalib olmayıb. Elə deyil? Bəs niyə ilk dəfə qalib olmasın? Məqsədimiz Avropa Liqasında qalıb olmaqdır”.

Qeyd edək ki, “Milan” bu mövsüm Çempionlar Liqasında F qrupunda “Borussiya”, PSJ və “Nyukasl”la mübarizə aparıb. Onlar qrupda üçüncü yeri tutaraq, avrokuboklardakı yoluna AL-də davam etmək hüququ qazanıb. İtaliya klubu pley-off mərhələsində “Renn”i sınağa çəkəcək.

Xəbər xətti