"Neftçi" azarkeşləri rəqib futbolçuları təhqir etdi, klub cərimələndi

15:52 - 16 Fevral 2024

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XXII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

12.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXII turun “Kəpəz” – “Səbail” oyununda “Kəpəz” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);

12.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXII turun “Kəpəz” – “Səbail” oyununun fasiləsində “Kəpəz” klubunun 3 nömrəli futbolçusu Vurğun Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Kəpəz” klubu 500 manat cərimə edilir (maddə 42.2);

12.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXII turun “Kəpəz” – “Səbail” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” klubu 700 manat cərimə edilir (maddə 37);

13.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXII turun “Araz-Naxçıvan” – “Neftçi” oyununun fasiləsində “Araz-Naxçıvan” klubunun məşqçisi Vadar Nuriyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Araz-Naxçıvan” klubu 1500 manat cərimə edilir (maddə 42.3);

13.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXII turun “Araz-Naxçıvan” – “Neftçi” oyununda “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” klubu 700 manat cərimə edilir (maddə 37);

13.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXII turun “Araz-Naxçıvan” – “Neftçi” oyununun 90+3-cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi” klubu 1000 manat cərimə edilir (maddə 43.7);

Xəbər xətti