"Barselona" "Ştutqart"ın ikinci komandasının üzvünü istəyir

12:34 - 21 Fevral 2024

"Barselona" "Ştutqart"ın 20 yaşlı yarımmüdafiəçisi Raul Paula ilə maraqlanır. 

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, Paula hazırkı oyun vaxtından narazıdır və "Barselona"ya keçməklə uşaqlıq arzusunu reallaşdırmaq niyyətindədir. 

O, “Boblinqen” və “Ştutqart”un yetirməsidir. Futbolçu bu mövsüm ikinci komandanın heyətində 21 oyun keçirib, 13 qol vurub, 5 məhsuldar ötürmə edib. Bundan əlavə, Transfermarkt internet portalının məlumatına görə, futbolçunun bazar dəyəri 300 min avrodur.

Paulanın "Ştutqart"la müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.

Xəbər xətti