"Araz-Naxçıvan" ən yaxın izləyicisini də büdrətdi

20:55 - 22 Fevral 2024

Bu gün futzal üzrə Yüksək Liqada XIII turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, tura liderlə ən yaxın izləyicisinin dueli ilə start verilib.

CBC Sport-la canlı yayımlanan matç çempionluq uğrunda mübarizə aparan komandaların durumuna böyük ölçüdə aydınlıq gətirəcəkdi. Hər iki komanda oyuna itkisiz çıxmışdı. Hesab erkən açıldı. Lukas komandasına üstünlük qazandırdı. Bundan sonra matçı əsasən 5 oyunçu ilə keçirən “Baku Fire” 7-ci dəqiqədə “ev tapşırığı”nı əla yerinə yetirməklə status-kvonu bərpa etdi. Elvin Quliyev qolun müəllifi oldu. Fasiləyə qədər qapılara başqa qol vurulmadı. İkinci hissəyə də nominal qonaqlar 5 oyunçu ilə başladı. Tofiqdən topu “oğur”layan Lukas 23-cü dəqiqədə dubl etməklə lideri yenidən hesabda önə keçirdi. Növbəti qol da braziliyalı futzalçının ayağına yazıldı. Bu dəfə Auqusto fərqi 2 topa yüksəltdi. Sonuncu dəqiqədə isə Xəzər qələbəni təmin edən qolu vurdu. Beləliklə mərkəzi oyunda qalib gələn “Araz-Naxçıvan” ən yaxın izləyicisi ilə xal fərqini 7-yə çatdırdı.

“Neftçi” isə cari mövsümdə ən böyükhesablı qələbəni aktivinə yazdırıb. Reza Abgoun 23 qol vurmaqla bombardirlər yarışında Kənan Manafovu geridə buraxıb. Turun son oyunu da maraqlı oldu. Turnir cədvəlinin qonşu pillələrində yer alan komandaların duelini daha təcrübəli futzalçılardan qurulmuş “Yasamal Bakı” qazandı.

Araz-Naxçıvan – Baku Fire (1:1) 4:1

Qollar: Lukas Romao, 3:15, 22:30, Diaqo Auqusto, 30:28, Xəzər Ağalızadə, 39:23 // Elvin Quliyev, 6:59

Record club – Neftçi İK (0:18) 3:36

Qollar: Emin Məhərrəmli, 35:10, Nahid Mirzəzadə, 37:23, 38:15 // Şahbaz Həndəmli, 1:06, 15:34, 17:03, 22:15, Fərid Atakişiyev, 2:36, Alireza Bayat, 3:39, 28:07, Reza Abgoun, 6:03, 10:12, 11:17, 11:59, 13:05, 14:57, 16:29, 19:02, 19:17, 19:35, 19:48, 21:15, 26:05, 26:30, 27:17, 27:53, 28:50, 33:20, 34:10, 34:20, 35:53, 39:44, 39:59, Vahib Xocayev, 8:27, 20:33, 21:33, 36:58, Sorouş Heydari, 18:48

U-19 – Yasamal Bakı (2:3) 5:7

Qollar: Qüdrət Qasımzadə, 2:09, 15:25, Rüfət Məmmədli, 22:36, Ümid Qəhrəmanov, 38:27, Təhmiraz Abasov, 39:56 (ö/q) // Anar İsayev, 12:52, Rüstəm Bağırov, 17:08, 32:15, Əsgər Abasov, 17:57, 26:00, Fuad Məmmədzadə, 28:19, Adil İsmayılov, 37:48

Xəbər xətti