Arda Gülər: "Çətinliklərin öhdəsindən gəlmək üçün keyfiyyətim və xarakterim var"

17:54 - 11 Mart 2024

Türkiyə millisinin üzvü Arda Gülər "Real"In heyətində ilk qolunu vurub.

Sportal.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi La Liqanın 28-ci turunun "Selta" ilə matçında (4:0) fərqlənib. Gənc oyunçu ilk qolu ilə bağlı təəssüratlarını bölüşüb:

"İlk qolumu vurduğum üçün çox xoşbəxtəm. Çətin mövsüm keçirdim. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Burada çox xoşbəxtəm. Dünyanın ən böyük klubunda olmağın çətinlikləri olur. Amma bu çətinliklərin öhdəsindən gəlmək üçün keyfiyyətim və xarakterim var. Hamımızı daha gözəl günlər gözləyir".

Xəbər xətti