Məmmədov oynadı, komandası qazandı

10:17 - 12 Mart 2024

Azərbaycan millisinin üzvü Rahil Məmmədovun formasını geyindiyi Polşanın "LKS Lodz" klubu ölkə çempionatında növbəti matçına çıxıb.

Sportal.az xəbər verir ki, Lodz təmsilçisi "Varta" ilə qarşılaşıb və 1:0 hesabı ilə qələbə qazanıb.

Məmmədov meydana start heyətində çıxıb və sona qədər oynayıb.

24 turdan sonra "LKS Lodz" 16 xalla 16-cıdır.

Xəbər xətti