"Neftçi" müntəzəm çempionatda 11-ci qələbəsini qazandı

21:38 - 13 Mart 2024

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 15-ci tura start verilib.

Sportal.az xəbər verir ki, Sərhədçi İdman Mərkəzində baş tutmuş turun açılış oyununda "Neftçi" və "Gəncə" klubları üz-üzə gəliblər. Pley-off zonasında qərarlaşmış paytaxt təmsilçisi oyuna sürətli başlayaraq, rəqibi üzərində 97-62 hesablı rahat qələbəyə sevinib. Bu, "Neftçi"nin mövsümdə 11-ci qələbəsidir.

Ən məhsuldar basketbolçular: "Neftçi" (DiAncelo Styüart - 17 xal, 7 ribaund), "Gəncə" (İrşad Hant - 19 xal, 11 ribaund)

Qeyd edək ki, 15-ci turun növbəti oyunları ("Xırdalan" - "Xəzri", NTD-İNDİQO - "Sərhədçi", "Cəlilabad" - "Sabah", "Şəki" - "Sumqayıt") 15, 16 və 17 mart tarixlərində baş tutacaq.

Xəbər xətti