Avropanın 4 klubu "Fənərbaxça"nın futbolçusu ilə maraqlanır

15:56 - 16 Mart 2024

"Fənərbaxça"nın futbolçusu Aleksandru Ciku mövsümün sonunda komandadan ayrıla bilər.

Sportal.az xəbər verir ki, qanalı mərkəz müdafiəçisinin xidmətində Avropanın 4 klubu maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Betis", "Latsio", "Lion" və "Napoli" 29 yaşlı arxa xətt oyunçusunu transfer etmək istəyir. Türkiyə klubu sərfəli təklif gəlsə, futbolçunu satmağa hazırdır.

Qeyd edək ki, Aleksandru Ciku bu mövsüm "Fənərbaxça"nın heyətində meydana çıxdığı 28 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun kkubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Xəbər xətti