"Neftçi" - "Spartak" matçının başlama saatı açıqlandı

12:18 - 18 Mart 2024

"Neftçi"nin "Spartak"la görüşünün vaxtı açıqlanıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bakılıların Rusiya klubuna qarşı oyunu martın 23-də "Neftçi Arena"da təşkil olunacaq.

Matça 18:00-da start veriləcək. Matçın biletləri tezliklə satışa çıxarılacaq.

Qeyd edək ki, komandalar ötən il Moskvada üz-üzə gəlmişdi və görüş "Spartak"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. 

Xəbər xətti