"Liverpul"un legioneri bu göstəricidə hamını qabaqladı

15:17 - 18 Mart 2024

İngiltərə kubokunun 1/4 final mərhələsində "Liverpul" səfərdə "Mançester Yunayted"ə dramatik oyunda məğlub olub - 3:4. Qonaqların heyətində misirli hücumçu Məhəmməd Salah da qol vurub.

Sportal.az “Squawka”ya istinadən xəbər verir ki, bununla təcrübəli futbolçu ardıcıl 5-ci matçda “Mançester Yunayted”in qapısına yol tapıb. Futbol tarixində indiyədək heç kim belə nailiyyət əldə etməyib. 

Xatırladaq ki, bu matçdan sonra mersisaydlıların 9 matçlıq məğlubiyyətsizlik seriyasına son qoyulub. “Liverpul” sonuncu dəfə fevralın 4-də “Arsenal”la görüşdə 1:3 uduzmuşdu.

Premyer Liqanın cari mövsümündə Salah klubun heyətində 22 matçda 15 qol vurub və 9 məhsuldar ötürmə edib.
 

Xəbər xətti