"Qarabağ"ın 6 legioneri milli komandalara dəvət aldı

18:50 - 18 Mart 2024

"Qarabağ"ın 6 legioneri ölkələrinin milli komandalarına dəvət alıb.

Sportal.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Marko Yankoviç və Marko Veşoviç Monteneqro yığmasının düşərgəsinə yollanıblar. Onların heyətində olduğu milli martın 21-də Belarus, 4 gün sonra Şimali Makedoniya ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Yassin Benzia Əlcəzair millisinə çağırılıb. Afrika qitəsinin təmsilçisi martın 23-də Boliviya, 27-də isə CAR-la yoldaşlıq matçına çıxacaq.

Patrik Andrade Kabo-Verde millisinin heyətinə dəvət alıb. Yarımmüdafiəçinin yer aldığı komanda martın 21-də Qayana, 4 gün sonra Ekvatorial Qvineya ilə matçda qüvvəsini sınayacaq.

Qapıçı Andrey Lunyovun çağırıldığı Rusiya millisi martın 21-də Serbiya, 25-də Paraqvayla qarşılaşacaq.

Digər qapıçı Luka Quqeşaşvilinin yer aldığı Gürcüstan millisi AVRO-2024-ün pley-off matçına çıxacaq. Gürcüstan martın 21-də Lüksemburqla görüşdə qalib gəlsə, final mərhələsinə vəsiqə üçün həlledici matça çıxacaq.

Xəbər xətti