Kriştiano Ronaldo millinin oyununu buraxacaq

09:18 - 19 Mart 2024

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo İsveçlə matçda iştirak etməyəcək.

Sportal.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, millinin çalışdırıcısı Roberto Martines forvarda dəvət göndərməyib. 

39 yaşlı hücumçununu Sloveniya ilə yoldaşlıq matçından əvvəl komandaya qoşulacağı bildirilib.

Portuqaliya martın 21-də İsveç, beş gün sonra isə Sloveniya ilə qarşılaşacaq.

Xəbər xətti