Millimizin oyunları üçün açıq məşq və mətbuat konfranslarının vaxtı bilindi

17:20 - 19 Mart 2024

“FIFA series – Edition 2024” layihəsi çərçivəsində Azərbaycan milli komandasının martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də, saat 20:00-da isə Bolqarıstan yığması ilə qarşılaşacaq.

Sportal.az AFFA-nın rəsi saytına istinadən oyunlardan öncə təşkil olunacaq mətbuat konfranslarının və media nümayəndələri üçün açıq məşqlərin vaxtlarını diqqətinizə çatdırır:

21 mart

Monqolustan
Saat 10:00. Mətbuat konfransı
Saat 10:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan
Saat 16:30. Mətbuat konfransı
Saat 17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

24 mart

Azərbaycan
Saat 16:30. Mətbuat konfransı
Saat 17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Bolqarıstan

Saat 18:00. Mətbuat konfransı
Saat 18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd edək ki, məşqlər və mətbuat konfransları Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Xəbər xətti