"Barselona" bu futbolçunun komandada qalmasını istəyir

20:25 - 26 Mart 2024

"Barselona" əsas oyunçularından olan Ronald Arauxonu komandada saxlamaq istəyir.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi uruqvaylı müdafiəçinin 2026-cı ilin yayında başa çatan müqaviləsini uzatmaq istəyir. Bu barədə "Marca" nəşri məlumat yayıb.

Klub 25 yaşlı arxa xətt oyunçusuna 2029-cu ilin yayınadək nəzərdə tutulan yeni sözləşmə təklif edib. Arauxo təklifi qəbul etsə, onun maaşı da artırılacaq. O, hələ ki, müqavilə ilə bağlı cavab verməyib. Futbolçu mövsümün başa çatmasını gözləyir.

Xəbərdə "Bavariya"nın Arauxo üçün "Barselona"ya 100 milyon avroluq təkif göndərmək istədiyi də qeyd olunub.

Qeyd edək ki, "Barselona" Ronald Arauxonu 2018-ci ilin yayında "Boston River"dən transfer edib. Uruqvay millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti