Minifutbol çempionatı: "Zirə" 15-ci qələbəsini qazandı

11:49 - 27 Mart 2024

Minifutbol üzrə Azərbaycan çempionatında 15-ci tura start verilib.

Sportal.az xəbər verir ki, ilk gündə 4 matç baş tutub.

Çempionatın vahid lideri "Zirə" bu turu da qələbə ilə yekunlaşdırıb. Onlar "Atəşgah Suraxanı"ı məğlub edib. 

Liderlər qrupunda qərarlaşan "Odlar Yurdu" da qələbə qazanıb. "Birbaşa Bakı" isə bu gün meydana çıxacaq.

Qeyd edək ki, turun “Turan” – “Aznur”, “Galaxy Baku” – “Abşeron”, “Veteran” – “Birbaşa Bakı” və “İnter” – “Siyəzən” oyunları bu gün keçiriləcək.

Minifutbol çempionatı

XV tur

“Sumqayıt” – “Dirçəliş” 2:2

“Odlar Yurdu” – “Dinamo Gəncə” 8:4

“Zirə” – “Atəşgah Suraxanı” 6:1

“Real Bakı” – “Baku Fire” 6:2

Xəbər xətti