AFFA baş məşqçini futboldan uzaqlaşdırdı

16:18 - 27 Mart 2024

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda AFFA U-13 Liqasının oyunlarında yaşanan qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

"Azəri" komandasının baş məşqçisi Elşən Əliyev baş hakimi təhqir etdiyinə, şərəf və ləyaqətini alçaltdığına, onu vurmağa cəhd etdiyinə görə oyun yarımçıq dayandırıldığı üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Gəncə klubunun məşqçisinin isə futbolla bağlı hər hansı fəaliyyətinə 1 il müddətdə qadağa qoyulub.

Xəbər xətti