Ukraynalı futbolçu Azərbaycanla matçdakı qələbə haqda: "Xoşbəxtik"

16:34 - 27 Mart 2024

Ukraynanın U-21 yığmasının yarımmüdafiəçisi Maksim Xlan AVRO-2025-in seçmə mərhələsinin F qrupunda (U-21) Bakıda Azərbaycan yığması üzərində qazandıqları qələbəni (3:0) şərh edib.

Sportal.az xəbər verir ki, “UA-Football” portalına danışan ukraynalı futbolçu bunları deyib:

"Yaxşı seriya əldə etmişik. Biz çox xoşbəxtik. Azərbaycanla matçda qol vuranların hamısını təbrik edirəm. Mərkəz zonanın əməyi böyükdür. Təəssüf ki, hücumçularımız qol vura bilmədilər. Amma əsas olan qələbədir. Əlbəttə, öz tribunalarının qarşısında oynamaq həmişə xoşdur: azarkeşlər, dolu stadion. Amma qeyd edim ki, Azərbaycanla oyunda bizi azsaylı ukraynalı fanatlar dəstəkləyirdi. Ona görə də bu, bizim üçün çox xoşdur”.Qeyd edək ki, Ukrayna hazırda qrupun lideridir.

Xəbər xətti