"Fənərbaxça"nın kapitanına Səudiyyə Ərəbistanından təklif

19:38 - 27 Mart 2024

"Fənərbaxça"nın kapitanı Edin Ceko karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, bosniyalı forvardın xidmətində "Əl-Hilal" maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Ərəblər 38 yaşlı hücumçuya illik 11 milyon avro maaş təklif edib. Ulduz futbolçu karyerasını bitirmədən öncə ərəb ölkəsində oynamağa isti yanaşır.

Qeyd edək ki, Edin Ceko 2023-cü ilin yayından "Fənərbaxça"da çıxış edir. Bosniya və Herseqovina milli komandasının üzvü istanbul təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 22 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli hücumçunun Türkiyə klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimidir.

Xəbər xətti