"Bavariya" Xabi Alonsoya alternativ tapdı

22:55 - 27 Mart 2024

"Bavariya"nın baş məşqçisi Tomas Tuxel mövsümün sonunda komandadan ayrılacaq.

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi yeni baş məşqçi ilə bağlı çalışmalarını davam etdirir. Almaniya nəhənginin əsas hədəfi hazırda "Bayer"i çalışdıran Xabi Alonsonu komandaya gətirməkdir.

Alonsonun təyinatı baş tutmasa, "Bavariya"nın alternativi də hazırdır. Bundesliqa təmsilçisi "Brayton"un baş məşqçisi Roberto De Zerbi ilə danışıqlara başlayacaq.

Xəbər xətti