Argentina millisinin üzvü komandasını dəyişməyəcək

13:33 - 4 Aprel 2024

“Benfika” Anxel Di Maria ilə müqavilə müddətini artırmağı planlaşdırır.

Sportal.az “A Bola”ya istinadən xəbər verir ki, argentinalı özü də buna müsbət yanaşır. Lissabon təmsilçisi argentinalı ilə müqavilə müddətini 2025-ci ilin yayına qədər artıracaq.

Di Marianın “Benfika” ilə hazırkı müqaviləsi 2024-cü ilə qədərdir.

Argentina millisinin 36 yaşlı futbolçusu “Rosario Sentral”, “Real”(Madrid), “Mançester Yunayted”, PSJ, “Yuventus”da oynadıqdan sonra 2023-cü ildə “Benfika”ya qayıtmışdı. O, 2007-ci ildə Argentina klubundan “Benfika”ya keçmiş və üç il Portuqaliya nəhənginin formasını geyinmişdi.

Xəbər xətti