Çempionlar Liqası: "Bavariya" və "Real" yarımfinalda

01:59 - 18 Aprel 2024

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Sportal.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub. 

"Bavariya" "Arsenal"ı məğlub edib. "Mançester Siti" isə "Real"a penaltilər seriyasında uduzaraq ÇL-lə vidalaşıb. 

UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları

17 aprel

"Bavariya" (Almaniya) - "Arsenal" (İngiltərə) 1:0
Qol
: Y.Kimmix, 63
İlk oyun 2:2

"Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) 1:1 (ə.v.) 3:4 (pen)
Qollar: Rodriqo, 12 - Kevin de Bruyne, 76
İlk oyun 3:3

Xəbər xətti