"Nyukasl" kamerunlu futbolçu üçün 50 milyon funt-sterlinq təklif edəcək

18:15 - 21 Fevral 2025

İngiltərənin "Nyukasl" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, "sağsağanlar" "Brentford"da çıxış edən Brian Mbyomonu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Nyukasl" kamerumlu vingeri yayda heyətinə qatmağa planlaşdırır. Klub rəhbərliyi 25 yaşlı ön xətt oyunçusu üçün 50 milyon ödəməyə hazırdır.

Qeyd edək ki, "Brentford" Brian Mbyomonu 2019-cu ilin yayında "Trua"dan transfer edib. Kamerun millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 14 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti