Paytaxtda və regionlarda mövcud olan, eləcə də davam edəcəyi proqnozlaşdırılan qarlı hava şəraiti ilə əlaqədar olaraq Peşəkar Futbol Liqası 2-ci Liqanın 24-25 fevral tarixlərində keçirilməsi nəzərdə tutulan oyunlarının təxirə salınmasına qərar verib.
Sportal.az xəbər verir ki, oyunların 27, 28 fevral və 1 mart tarixlərində keçirilməsi qərara alınıb. Bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Oyunların təqvimi və başlama saatları ilə bağlı əlavə məlumat veriləcək.
saytlarin hazirlanmasi