"Brayton"un yarımmüdafiəçisi Karlos Baleba İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Mançester Siti" və "Liverpul" kamerunlu futbolçunu transfer etmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Brayton" oyunçusunu satmağın əleyhinə deyil. Klub rəhbərliyi 21 yaşlı dayaq yarımmüdafiəçisi üçün 115 milyon funt-sterlinq tələb edir.
Qeyd edək ki, "Brayton" Karlos Balebanı 2023-cü ilin avqust ayında "Lill"dən transfer edib. Kolumbiya millisinin üzvü olan gənc futbolçu bu mövsüm "qağayılar"ın heyətində meydana çıxdığı 25 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi