Kəskin dəyişən hava şəraitinə görə bu günə təxirə salınmış Misli Premyer Liqasının XXIV turunun “Zirə” - “Kəpəz” matçının başlama saatı dəyişdirilib.
Sportal.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə qarşılaşmanın saat 18:00-da start götürməsi qərara alınıb.
Qeyd edək ki, daha əvvəl matçın saat 16:00-da başlayacağı açıqlanmışdı.
saytlarin hazirlanmasi