“Şamaxı” komandanın qapıçısı Rikardo Fernandeslə müqavilə müddətini artırmaq istəyir.
Sportal.az saytına verilən məlumata görə, bölgə təmsilçisi portuqaliyalı qolkiperi buraxmaq niyyətində deyil. Buna görə də, klub Fernandesə indidən müqavilə müddətini artırmağı təklif edib.
30 yaşlı qapıçının “Şamaxı” ilə hazırkı müqavilə müddəti mövsümün sonuna qədərdir. Azərbaycan Premyer Liqasında yarışan klubların transfer siyahısında yer alan Rikardonun “Şamaxı”da qalmağa müsbət yanaşdığı iddia olunur.
30 yaşlı futbolçu “Belenenseş”, “Torreense”, “Oliveyrense”, “Famalikan”, “Akademika Vizeu”, “Santa-Klara” klublarının qapısını qoruyub.
saytlarin hazirlanmasi