"Hər iki komandanın futbolçularına təşəkkür etmək istəyirəm. Nəticə necə olsaydı da, bu fikirdə qalacaqdım. Dünən gəldilər, oyunun başlamasına bir neçə dəqiqə qalmış matç təxirə düşdü. Bu gün stadiona gəldilər, oyun başqa saata təxirə salındı. Belə olan durumda meydana çıxmaq, motivasiya ilə futbol oynamaq çox çətindir. Amma hər iki komandanın futbolçuları əzmkar mübarizə apardılar. Bu gün qazandığımız qələbə bizim üçün çox vacib və önəmli idi. Qələbəni tək meydanda olan oyunçular yox, "Zirə" ailəsi olaraq qazandıq. Səhər saatlarından azarkeşlərimiz, stadionun işçiləri, idarə heyəti, hamı meydançanın oyuna hazır olması yönündə əziyyət çəkirdi, işləyirdi. Şükürlər olsun ki, sonda qələbə qazandıq. Onun bəhrəsini gördük. Oyuna gəldikdə, futbolçularıma bir daha göstərdikləri mübarizəyə görə təşəkkür edirəm. Rəqib son 5 turun birində uduzmuşdu. İddialı komandalarla yaxşı nəticə əldə etmişdilər. Baxımlı, yaxşı oynayıb qalib gəldik. Üç gündən sonra "Araz-Naxçıvan"a qarşı kubokun cabab görüşü gözləyir. Ondan sonra isə " Turan Tovuz"la səfər görüşünə çıxacağıq. Olduqca çox vacib oyunlara çıxacağıq. Daha sonra "Səbail"lə evdə qarşılaşacağıq. İstirahət etməyə, qələbələri qeyd etməyə çox da vaxtımız yoxdur. Bu dəqiqə ən vacib olan qələbə qazanıb, növbəti matça hazırlaşmaqdır. Bu cür qar yağdıqdan sonra meydançanın bu vəziyyətdə olması klubun, stadionun işçilərinin əməyidir ki, daim stadionumuza yaxşı baxırdıq. O cür yüklənmədən sonra yenə də yaxşı futbol oynamağa şərait var idi. Amma bilirik ki, dünən və bu gün meydançamız çox zədələndi. Görək üç gündən sonra vəziyyət nə yerdə olacaq".
Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Zirə" Misli Premyer Liqasının 24-cü turunda doğma meydanda "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib.
- Filipe Paxtmanla yollarınızı ayırdınız. Bu haqda fikriniz necədir?
- Ona yetərincə şans verdik, yanında olduq. Çox istədiyim insanlardan və futbolçulardan biridir. Sonda hər iki tərəf qərar qəbul etdi ki, yollarımızı ayıraq. Ona gələcək karyerasında uğurlar arzulayıram.
- Legioner limitinin ləğvi ilə əlaqəsi var idi? Çünki rüsumlar qalxıb...
- Xeyr. Heç bir aidiyyəti yox idi. Sağlam olsaydı, bizimlə olacaqdı. Zədəsi sağalmamışdı, yenə də uzun müddət bərpa olunmalı idi. Düşündük ki, belə həm özü, həm də komamda üçün faydalı olar.
Mirbağırağa
saytlarin hazirlanmasi